Gürcüstanda yağmurlu hava nə vaxtadək davam edəcək?

Sep 11, 2025 - 14:40
 0  33
Gürcüstanda yağmurlu hava nə vaxtadək davam edəcək?

14 sentyabra qədər Gürcüstan ərazisində fasilələrlə yağış və ildırım olacaq. Bəzi bölgələrdə yağıntı güclü ola bilər və dolu da istisna olunmur.

Xeber,ge xəbər verir ki, bu barədə  Milli Ətraf Mühit Agentliyi məlumat yayıb.

Proqnoz edilən yağıntılar kiçik çaylarda daşqınlara, dağlıq və təpəlik ərazilərdə isə sürüşmə və sel proseslərinin aktivləşməsinə səbəb ola bilər. Təhlükə səviyyəsi orta olaraq qiymətləndirilir.

Agentliyin açıqlamasına əsasən, 15 sentyabrdan etibarən havanın yağmursuz keçməsi gözlənilir.

.mənbə: interpress.ge