Hökumət “Rike bardaqları”nın sökülməsinə icazə verdi

May 22, 2025 - 16:07
 0  24
Hökumət “Rike bardaqları”nın sökülməsinə icazə verdi

"Gürcü Arzusu" hökuməti Tbilisidə, Rike parkında yerləşən və xalq arasında “Rike bardaqları” adlandırılan tikilinin


sökülməsinə və həmin ərazinin "inkişafına", o cümlədən orada otel tikilməsinə icazə verib.

Baş nazir İrakli Kobaxidze bu tikilini bu gün “çirkinlik” adlandıraraq belə deyib:
“Bu çirkinlik bizim gözəl paytaxtımıza yaraşmır.”
"Rike bardaqları", – tikintisi 2012-ci ildə, “Milli Hərəkat”ın hakimiyyəti dövründə 

tamamlanan layihədir. Onun müəllifi italiyalı memar Massimiliano Fuksasdır. İllərdir bu tikili funksiyasız vəziyyətdə qalır.

Layihənin dəyişiklikləri və mülkiyyətin ötürülməsi

Əvvəlcə, dövlət mülkiyyətində olduğu zaman oraya incəsənət mərkəzi və musiqi-dram teatrı yerləşdirilməsi planlaşdırılırdı. Daha sonra binada şərab muzeyinin yaradılması üçün imza kampaniyası başladı.
Lakin illər keçdikdən sonra “Gürcü Arzusu” hökuməti onu satmağa qərar verdi, ancaq “bardaqları” heç kim almadı.

2022-ci ildə, bir neçə uğursuz hərracdan sonra, bina Rusiyada fəaliyyət göstərən və Bidzina İvanişviliyə yaxın olan biznesmen Davit Xidaşelinin mülkiyyətinə 10 milyon lariyə keçdi. Qeyd edək ki, ilkin hərracda obyektin qiyməti 95 milyon lari idi.

2025-ci ildə Xidaşeli bu əmlakı satdı. Bu il hökumət onu Axtala və Libani kurortlarının investisiya öhdəliklərini yerinə yetirmədiyinə görə bu obyektlərdən məhrum etdi. 2023-cü ildə isə Rançadakı ov təsərrüfatı lisenziyası ləğv edildi.

• “Riqe Qəfəsləri”nin yeni sahibi 2025-ci il 25 aprel tarixində qeydiyyatdan keçmiş “Riqe Dom” şirkətidir;
• “Riqe Dom”un sahibi isə 2017-ci ildə təsis olunmuş “N.G.B” şirkətidir;
• Bu şirkətin sahibi biznesmen Tornike Kopalianidir.
“Çirkinlik”, “zibil yuvası”
21 mayda baş nazir İrakli Kobaxidze və Tbilisi meri Kaxa Kaladze söküntü planlarını təsdiqlədilər.
Kobaxidze:
“Mən memar deyiləm, amma düşünürəm ki, bu çirkinlik bizim gözəl şəhərimizə yaraşmır.”
Kaladze:
“Bu bina şəhərin urbanistik inkişafına uyğun deyil, funksiyasız, bərbad vəziyyətdədir, bir növ zibil yuvasıdır. Bu çirkinliyin sökülməsi lazımdır və onun yerində, əvvəlki həcmi qorunmaqla, yeni layihə həyata keçiriləcək... Ola bilər ki, bu layihə otel də olsun. Görəcəyik, baxacağıq.”
Yeni qərar
Baş nazir İrakli Kobaxidze 6 may 2025-ci il tarixində bir qərar imzaladı. Bu qərarla “Rike bardaqları” ilə bağlı satış müqaviləsində dəyişiklik edildi.
Bu dəyişikliklə, “Riqe Dom” şirkətinə həmin ərazini “özünün və ya üçüncü tərəfin vasitəsilə” inkişaf etdirmək hüququ verildi.

Eyni sənədə görə, bu “inkişaf”:
• otel inşasını əhatə edə bilər, amma bununla məhdudlaşmaya da bilər;
• söküntü və tikinti işlərini də daxil edə bilər.
Şirkətə 2030-cu il 5 may tarixinədək layihəni həyata keçirmək və 44 milyon lari (ƏDV-siz) investisiya qoymaq tapşırılıb.
Qərarda yazılıb:
“[Şirkət] öhdəliyin yerinə yetirilməsindən sonra ən azı 10 il müddətində həmin ərazidə inşa olunmuş otelin fəaliyyətini təmin etməlidir.”

mənbə: marneulifm