Litvanın qərarı 2010-cu il sazişinin kobud pozuntusudur

May 22, 2025 - 16:03
 0  17
Litvanın qərarı 2010-cu il sazişinin kobud pozuntusudur

"Litvanın Gürcüstanın diplomatik və xidməti pasport sahibləri üçün vizasız rejimi ləğv etməsi 2010-cu ildə Gürcüstan və Avropa İttifaqı arasında imzalanmış “vizaların verilməsinin sadələşdirilməsi haqqında” beynəlxalq sazişin kobud və hüquqi əsası olmayan pozuntusudur."

Bu barədə Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili bəyanat verib.

Papuaşvili bu barədə qeyd edib ki, Aİ və onun üzv dövlətləri beynəlxalq hüquqi öhdəliklərə və qaydalara əsaslanan beynəlxalq nizama hörmət göstərməlidirlər.

“Eyni zamanda, xatırlamalıyıq ki, 2010-cu il sazişilə vizasız gediş yalnız Saakaşvilinin diktator rejiminin elitasına verilmişdi, adi vətəndaşlar isə vizasız rejimi yalnız 7 il sonra əldə etdilər. Bu yalnız 2017-ci ildə, “Gürcü Arzusu”nun səyləri ilə mümkün oldu”, – deyə Papuaşvili bildirib.

Qeyd edək ki, Litva Gürcüstan vətəndaşlarının diplomatik və xidməti pasport sahibləri üçün vizasız rejimi ləğv edib. Delfi agentliyinin məlumatına görə, müvafiq qərar Litva hökuməti tərəfindən 21 mayda qəbul olunub. Litva hökuməti Xarici İşlər Nazirliyinə bu qərarı 5 iş günü ərzində Avropa Komissiyasına və digər Aİ üzv dövlətlərinə bildirməyi tapşırıb.

Xatırladaq ki, Estoniya da 8 mayda Gürcüstanın diplomatik pasport sahibləri üçün vizasız rejimi ləğv etmişdi.

mənbə: interpress