Tbilisidə azərbaycanlı qadının qətli: İstintaqdan şok detallar

Apr 26, 2026 - 11:52
 0  18
Tbilisidə azərbaycanlı qadının qətli: İstintaqdan şok detallar

Tbilisidə 37 yaşlı Azərbaycan vətəndaşı İradə Quliyevanın qətlə yetirilməsi işi üzrə məhkəmə prosesi başlayıb.

Prokurorluğun açıqladığı yeni detallar cinayətin tamah məqsədilə törədildiyini təsdiqləyir, lakin təqsirləndirilən şəxs artıq ifadələrini dəyişib.

Xeber.ge xeber  verir ki, prokuror məhkəmədə bildirib ki, 26 yaşlı İveri Eliava ilə qətlə yetirilən İradə Quliyeva əvvəllər tanış olmayıblar. 

Onlar sosial şəbəkə vasitəsilə tanış olub və İ. Eliava qadınla görüşmək üçün onu kirayə qaldığı mənzilə dəvət edib.

  İstintaqın məlumatına görə, İ. Eliava "ludoman"dır (oyun asılılığı olan şəxs). O, böyük bank borcları və maliyyə çətinlikləri səbəbindən İ. Quliyevanın pulunu ələ keçirmək üçün qətlə qərar verib. İttiham aktında qeyd olunur ki, cinayətkar qadına kəsici alətlə (bıçaq) boğaz və boyun nahiyəsindən ölümcül xəsarətlər yetirib.

Qətl hadisəsindən dərhal sonra şübhəli şəxs polisə könüllü gələrək, qətl alətini, qadının şəxsi pasportunu və telefonlarını təhvil verib, cinayəti etiraf edib.

  Lakin məhkəmə prosesində vəziyyət dəyişib. İveri Eliava ifadə verməkdən imtina edib və "sükut hüququ"ndan istifadə edib.

 Onun vəkili Zaza Buaçidze isə irəli sürülən ittihamlarla razılaşmır:

"Qətl hadisəsi baş verib, lakin onun səbəbləri tam araşdırılmalıdır.

Prokurorluq vəziyyəti maksimum dərəcədə ağırlaşdıraraq qətlin tamah məqsədilə törədildiyini iddia edir. Lakin hadisə yerində 10 min lariyə yaxın pul var idi və ona toxunulmayıb.

Biz prokurorluğun təqdim etdiyi hüquqi təsnifatla razılaşmırıq, orada münaqişə və dava olub".

  İveri Eliavaya Gürcüstan Cinayət Məcəlləsinin 109-cu maddəsinin "n" bəndi (Tamah məqsədilə qəsdən adam öldürmə) ilə ittiham irəli sürülüb.

Bu maddə 16 ildən 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Qeyd edək ki, qətl hadisəsi iki gün əvvəl Tbilisinin Mqaloblişvili küçəsində yerləşən mənzildə baş verib. İradə Quliyeva Gürcüstana turizm məqsədilə gəlmişdi