Samtrediyada ağır yol qəzası
Gürcüstanın Samtrediya şəhərində ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə aprelin 25-də gecə saatlarında Aqmaşenebeli küçəsində qeydə alınıb.
Xeber.ge xeber verir ki,
Qəza zamanı daha 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar təcili tibbi yardım briqadaları tərəfindən dərhal "Geo Hospitals" klinikasına çatdırılıb. Hazırda onlara lazımi tibbi yardım göstərilir, vəziyyətləri barədə əlavə məlumat verilmir.
Faktla bağlı Gürcüstan Daxili İşlər Nazirliyi tərəfindən araşdırma başladılıb. İstintaq Cinayət Məcəlləsinin 276-cı maddəsi (Nəqliyyat vasitələrinin hərəkəti və istismarı qaydalarını pozma) ilə aparılır.
Hüquq-mühafizə orqanları qəzanın dəqiq səbəblərini və təqsirkar tərəfi müəyyənləşdirmək üçün ekspertizalar təyin edib.