Tbilisidə etiraz aksiyasında yaşlı kişi ölüb
İlkin məlumatlara görə, şəkərli diabet xəstəsi qəfil infarkt keçirib və onu xilas etmək mümkün olmayıb.
“TV Pirveli” telekanalı xəbər verir ki, parlament seçkilərinin nəticələrinin saxtalaşdırılmasına qarşı keçirilən aksiyanın iştirakçılarından biri, 61 yaşlı Kervalişvili Rustaveli prospektində Gürcüstan parlamentinin binası yaxınlığında ölüb.
Həmin şəxs bir neçə digər iştirakçı ilə birlikdə etiraz əlaməti olaraq bir neçə gün parlament binası yaxınlığındakı ərazini tərk etməyib.
İlkin məlumatlara görə, şəkərli diabet xəstəsi qəfil infarkt keçirib və onu xilas etmək mümkün olmayıb. Etirazçıların sözlərinə görə, təcili yardım maşını gec gəlib.