Gürcüstana ən çox turist hansı ölkədən gəlib?

Jul 22, 2026 - 11:04
 0  26
Gürcüstana ən çox turist hansı ölkədən gəlib?

2026-cı ilin yanvar–iyun aylarında Gürcüstana ən çox səfər edənlər Rusiya vətəndaşları olub – 610,8 min nəfər

 

XEBER.GE xəbər verir ki, 2025-ci ilin yanvar–iyun aylarında ölkəyə 3,1 milyon beynəlxalq səyahətçi gəlib. Onlardan 2,3 milyonu turist olub ki, bu da yeni rekord hesab olunur.

 

2026-cı ilin ilk altı ayında Gürcüstana beynəlxalq səyahətçilərin səfərlərinin sayı 2025-ci ilin eyni dövrü ilə müqayisədə 3,3% azalıb.

 

Turist səfərlərinin sayı isə 2025-ci ilin ilk yarısı ilə müqayisədə 0,1% artıb.

 

Gürcüstana ən çox səfər edən ölkələr

 

2026-cı ilin yanvar–iyun aylarında Gürcüstana ən çox səfər edənlər Rusiya vətəndaşları olub. Bu dövrdə onların səfərlərinin sayı 610,8 min təşkil edib ki, bu da 2025-ci ilin eyni dövrü ilə müqayisədə 5,1% çoxdur.