Tbilisi Şəhər Məhkəməsinin qarşısında polis qüvvələri səfərbər edilib
Tbilisi Patrul Polis İdarəsinin rəisi Vaja Siraadze Tbilisi Şəhər Məhkəməsinin qarşısında polis qüvvələrinin səfərbər edilməsi ilə bağlı açıqlama verib.
Vaja Siraadzenin sözlərinə görə, bu, təhlükəsizliyin təmin olunması məqsədilə həyata keçirilir.
“Fərqli proseslər təyin olunub və onların arasında aksiya iştirakçıları da var. Son dövrlərdə yaxşı bilirik ki, harada aksiya toplanır, orada polis də olur. Polis təhlükəsizlik məqsədilə lazım olan sayda mövcuddur,” – deyə Siraadze bildirib.
Qeyd edək ki, Tbilisi Şəhər Məhkəməsində parlamentin müvəqqəti istintaq komissiyasına gəlmədiyinə görə müxalifətçi siyasətçi Zurab Japaridzenin məhkəmə iclası keçiriləcək. İclas saat 15:00-da başlayacaq. Saat 14:00-a isə onun tərəfdarlarının məhkəmə qarşısında aksiya elan olunub.
Zurab Japaridze özünün həbs ediləcəyini istisna etmir.
Xatırladaq ki, müxalifətçi siyasətçiyə istintaq komissiyasına gəlmədiyi üçün 2024-cü il 16 aprel tarixində məhkəmə tərəfindən 20 000 lari məbləğində girov təyin olunmuşdu. O, bu məbləği ödəməkdən imtina edib.
Qeyd edək ki, vaxtında ödənilmədiyinə görə, məhkəmə müdafiə naziri olmuş İrakli Okruaşvilinin girovunu həbs cəzası ilə əvəz etmiş və o, 14 mayda məhkəmə zalında saxlanılmışdı.
mənbə: interpress