Qonşusunu qətlə yetirən şəxs saxlanılıb

May 22, 2025 - 15:54
 0  20
Qonşusunu qətlə yetirən şəxs saxlanılıb

DİN-in İmereti Polis Departamenti və Kutaisi Şəhər İdarəsinin əməkdaşları operativ-istintaq tədbirləri nəticəsində əvvəllər məhkum olunmuş, 1990-cı il təvəllüdlü T.Ç.-ni qəsdən adamöldürmə ittihamı ilə isti izlərlə saxlayıblar.

Bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

İstintaq müəyyən edib ki, 2025-ci il 19 may tarixində, Kutaisidə baş vermiş mübahisə zəminində T.Ç. qonşusu – 1970-ci il təvəllüdlü İ.X.-yə soyuq silahla çoxsaylı xəsarətlər yetirib və hadisə yerindən qaçıb. Polis hadisəni törətmiş şəxsi isti izlərlə saxlayıb. Cinayətdə istifadə olunmuş bıçaq maddi sübut kimi götürülüb.

Faktla bağlı araşdırma Gürcüstan Cinayət Məcəlləsinin 108-ci maddəsi ilə – qəsdən adamöldürmə faktı üzrə aparılır. Bu cinayət 15 ilə qədər azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

mənbə: interpress