Levan Xabeişvili saxlanıldı

Milli Hərəkat Partiyasının siyasi şurasının sədri Levan Xabeişvili saxlanılıb.
Müvafiq kadrları “Formula”nın direktoru Mişa Mşvildadze yayıb.
"Dostlar, başa düşməlisiniz ki, Dövlət Təhlükəsizlik Xidməti Mdinaradzenin tapşırdığı vəzifəni yerinə yetirir. Heç nədən qorxmayın, çünki güc gürcü xalqındadır. Heç nədən qorxmayın, bunu gözləyirdim.
Onlar məni ona görə saxlayırlar ki, bir nəfər, Xabeişvili İvanişvilini məğlub edə bilər. Siz İvanişvilini məğlub edə bilərsiniz, bu rejimi məğlub edə bilərsiniz", - Xabeişvili deyib.
mənbə: interpress