Duşetidə dörd nəfərin kütləvi davası: Bir ölü, üç yaralı

Apr 26, 2026 - 19:51
 0  23
Duşetidə dörd nəfərin kütləvi davası: Bir ölü, üç yaralı

Gürcüstanın Duşeti bələdiyyəsində dörd nəfərin iştirakı ilə baş vermiş kütləvi dava ölümlə nəticələnib. Hadisə aprelin 25-də gecə saatlarında qeydə alınıb.

Xeber.ge xeber  verir ki, qarşılıqlı mübahisə sonradan fiziki qarşıdurmaya və soyuq silahın tətbiqinə çevrilib.

  İstintaqla müəyyən edilib ki, dörd nəfər arasında yaranan münaqişə nəticəsində iştirakçıların hər biri soyuq silahla müxtəlif dərəcəli xəsarətlər alıb.

Yaralananlardan biri - 1979-cu il təvəllüdlü Q.B. aldığı ağır bıçaq zərbələri nəticəsində hadisə yerindəcə dünyasını dəyişib.

Digər üç nəfər isə müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

  Polis əməkdaşları tərəfindən həyata keçirilən operativ tədbirlər nəticəsində 1991-ci il təvəllüdlü, əvvəllər məhkumluq həyatı yaşamış L.Z. saxlanılıb. İstintaqın gəldiyi ilkin qənaətə görə, məhz L.Z. mərhuma ölümcül zərbələri yetirib.

O, tibbi müayinədən keçdikdən sonra məsuliyyətə cəlb olunub.

  Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 108-ci maddəsi (Qəsdən adam öldürmə) ilə cinayət işi başlanılıb.

İstintaq davam edir, hadisənin dəqiq səbəbləri və digər iştirakçıların rolu araşdırılır. Təqsirləndirilən şəxsi 15 ilədək müddətə

azadlıqdan məhrumetmə cəzası gözləyir