“Bizə MEGOBARI Aktı lazımdır!”
ABŞ-ın Helsinki Komissiyasının həmsədri, respublikaçı konqresmen Co Uilson bildirib ki, Gürcüstanda gedən siyasi proseslər fonunda ABŞ Konqresi “MEGOBARI Aktını” qəbul etməlidir.
O, bu barədə “X” sosial şəbəkəsində paylaşım edib.
“250 gündür ki, cəsur Gürcü xalqı anti-Amerika yönümlü 'Gürcü Arzusu' rejiminə qarşı etiraz edir. Onlar bu rejimin ölkəni kommunist Çin, Tehranın terrorçu rejimi və müharibə cinayətkarı Putin üçün tamamilə satmasının qarşısını almağı tələb edirlər. Bizə ‘MEGOBARI Aktı’ lazımdır!”, – deyə Co Uilson qeyd edib.
mənbə: interpress