Komunal ödənişlərdə əsasız tutulan bu məbləğlər silindi

Aug 18, 2025 - 12:39
 0  39
Komunal ödənişlərdə əsasız tutulan bu məbləğlər silindi

Gürcüstan Energetika və Su Təchizatı üzrə Milli Tənzimləmə Komissiyası (SEMEK) 2025-ci ilin iyul və avqust aylarında vətəndaşlardan elektrik enerjisi, təbii qaz və su təchizatı üzrə kommunal şirkətlər tərəfindən əsassız tutulmuş vəsaiti abonentlərin hesablarından silib. Ümumi məbləğ 350 000 lari təşkil edib.

Bu barədə məlumatı SEMEK yayıb.

Qurumun açıqlamasına görə, vətəndaşların şikayətləri əsassız hesablanmış borclara, köhnəlmiş (xitam verilmiş) öhdəliklərə, şəbəkəyə qoşulma prosedurlarına və onların icra müddətlərinə aid olub.

SEMEK bildirib ki, elektrik enerjisi, təbii qaz, içməli və suvarma suyu istehlakçıları hüquqlarının pozulması halında quruma və ya Enerji Ombudsmanı Xidmətinə müraciət edə bilərlər.

Müraciət və məsləhət üçün 16 216 nömrəli Çağrı Mərkəzi, SEMEK-in “Facebook” səhifəsi, elektron forma (link) və ya “Ədliyyə Evi” vasitəsilə əlaqə saxlamaq mümkündür.

mənbə: interpress