Gürcüstanın keçmiş təhsil naziri Rusiyada diplomatik nümayəndə təyin edilib

Jan 27, 2026 - 14:05
 0  30
Gürcüstanın keçmiş təhsil naziri Rusiyada diplomatik nümayəndə təyin edilib

Aleksandre Tsuladze İsveçrənin Rusiyadakı səfirliyi nəzdindəki Gürcüstanın maraqları bölməsinin rəhbəri təyin olunub.

O, bu vəzifədə Mamuka Merkviladzeni əvəzləyib.

Gürcüstanın Xarici İşlər Nazirliyi Aleksandre Tsuladzenin Rusiyaya diplomatik nümayəndə təyin edilməsini təsdiqləyib.

Qeyd edək ki, Aleksandre Tsuladze 2024-2025-ci illərdə Gürcüstanın təhsil, elm və gənclər naziri vəzifəsini tutub.

Xatırladaq ki, Gürcüstan və Rusiya arasında diplomatik əlaqələr 2008-ci il müharibəsindən sonra dayandırılıb. Hər iki ölkənin maraqlarını Tbilisi və Moskvada İsveçrə səfirliklərindəki bölmələr təmsil edir.

mənbə: apa