Bağdati rayonunda kişi avtomobilində ölü tapılıb

Jan 17, 2026 - 13:11
 0  39
Bağdati rayonunda kişi avtomobilində ölü tapılıb

Bağdati bələdiyyəsinin Rokiti kəndində bədbəxt hadisə qeydə alınıb.

Yerli sakinlərdən biri məxsus olduğu avtomobildə ölü vəziyyətdə aşkar edilib.

Xeber.ge xeber  verir ki, bu barədə məlumatı "İnfo İmereti" yerli media agentliyi yayıb.

Hadisə yerinə dərhal təcili tibbi yardım, polis və ekspert-kriminalistika xidmətinin əməkdaşları cəlb olunub. Meyit müayinə olunmaq üçün Kutaisi şəhərinə, Levan Samxarauli adına Məhkəmə Ekspertizası Bürosuna aparılıb.

Hazırda şəxsin ölüm səbəbi məlum deyil. Gürcüstan Daxili İşlər Nazirliyi faktla bağlı Cinayət Məcəlləsinin 115-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə istintaq başladılıb.