ABŞ-ın Tbilisidəki səfirliyindən Gürcüstan vətəndaşlarına VİZA XƏBƏRDARLIĞI

Jan 30, 2026 - 11:46
 0  39
ABŞ-ın Tbilisidəki səfirliyindən Gürcüstan vətəndaşlarına VİZA XƏBƏRDARLIĞI

Amerika Birləşmiş Ştatlarının (ABŞ) Tbilisi səfirliyi viza müddətlərini pozan Gürcüstan vətəndaşlarına xəbərdarlıq edib.

Xeber.ge xəbər verir ki, səfirliyin yaydığı bəyanatda vətəndaşlar üçün ölkədə qalma müddətlərini necə yoxlamaq barədə xüsusi təlimat təqdim olunub. Sənəddə həmçinin viza müddətinin aşılmasının gələcəkdə yarada biləcəyi hüquqi fəsadlar barədə ətraflı məlumat verilib.

Səfirlik vətəndaşlara ölkədə icazə verilən müddətdən artıq qalmamağı tövsiyə edir və qeyd edir ki, bu qaydaların pozulması ABŞ-a giriş qadağası və viza müraciətlərinin rədd edilməsi ilə nəticələnə bilər.