Bu ölkə Gürcüstanla əlaqələri kəsdi

Oct 30, 2024 - 11:35
 0  51
Bu ölkə Gürcüstanla əlaqələri kəsdi

Stokholm Tbilisi ilə birbaşa əməkdaşlığı, ölkə Avropa İttifaqı (Aİ) normalarına yaxınlaşana qədər dayandırır.

Bu barədə İsveçin Xarici Ticarət və İnkişaf üzrə Əməkdaşlıq naziri Benjamin Dous “Dagens Nyheter” qəzetinə müsahibəsində bildirib.

İsveç hökumətinin üzvü deyib: “Söhbət həm də vergi orqanları arasında mövcud şəraitdə yersiz hesab etdiyimiz əməkdaşlıqdan gedir”.

Dousun sözlərinə görə, krallıq Gürcüstan yenidən “Aİ-yə yaxınlaşarsa” onunla əməkdaşlığı bərpa edəcək.

mənbə: report