Xelvaçauridə bacı və qardaşın meyitləri tapılıb

Jan 27, 2026 - 15:13
 0  21
Xelvaçauridə bacı və qardaşın meyitləri tapılıb

Xelvaçauri bələdiyyəsinin  Ağmarti kəndində bacı və qardaşın meyitləri aşkar edilib.

Xeber.ge xəbər verir ki, bu barədə "Adjara Times" nəşri məlumat yayıb.

Bildirilir ki, meyitlər yaşayış evindən bir qədər aralıda, ailəyə məxsus torpaq sahəsində tapılıb.

Hələlik meyitlərin üzərində zorakılıq izlərinin olub-olmadığı barədə rəsmi məlumat verilmir. Hadisə yerinə ekspert-kriminalistlər cəlb olunub.

Gürcüstan Daxili İşlər Nazirliyi faktla bağlı Cinayət Məcəlləsinin 116-cı maddəsi (ehtiyatsızlıqdan adam öldürmə) ilə istintaq başladılıb.