Gürcüstanın sabiq səhiyyə nazirinin müavini həbs edilib
Gürcüstanın Maliyyə Nazirliyinin İstintaq Xidməti səhiyyə nazirinin keçmiş müavini İlia Quduşaurini həbs edib.
Bu barədə yerli mediaya Quduşaurinin vəkili Dimitri Mçedlişvili məlumat verib.
Vəkilin sözlərinə görə, İlia Quduşauri hazırda istintaq təcridxanasına köçürülür. Hazırkı mərhələdə onun hansı ittihamlarla saxlanıldığı məlum deyil. Hüquq müdafiəçisi bildirib ki, istintaq orqanları tərəfindən iş materialları təqdim olunmayıb və buna görə də konkret ittihamlar açıqlanmayıb.
Qeyd edək ki, İlia Quduşauri Zurab Azaraşvilinin səhiyyə naziri olduğu dövrdə nazir müavini vəzifəsində çalışıb.
Rəsmi qurumlar tərəfindən hələlik məsələ ilə bağlı əlavə məlumat verilməyib.
mənbə: report