Gürcüstanda yaşayış müavinəti alanların sayı 570 minə qədər azalıb

Sep 17, 2026 - 21:20
Sep 17, 2026 - 22:10
 0  15
Gürcüstanda yaşayış müavinəti alanların sayı 570 minə qədər azalıb
: :
playing

Avqust ayının məlumatına görə, Gürcüstanda yaşayış müavinəti alanların sayı 570 minə qədər azalıb. Sosial Xidmətlər Agentliyinin məlumatına görə, iyul ayı ilə müqayisədə benefisiarların sayı 6 546 nəfər, yanvar ayı ilə müqayisədə isə təxminən 140 min nəfər azalıb.

XEBER.GE xeber  verir ki, müavinət alanlar arasında 153 258 nəfər dövlət məşğulluq proqramına cəlb olunub. Proqram 2026-cı ildən davam etdirilməyib, lakin dördfillik dövrü hələ başa çatmamış şəxslər sistemdə qalırlar.

Bununla paralel olaraq, dövlət sosial cəhətdən həssas ailələrin məlumatlarını yoxlayır. Baş nazir İrakli Kobaxidzenin iyun ayında parlamentə təqdim etdiyi hesabata əsasən, həmin vaxta qədər yoxlanılmış 40 225 ailədən 22 707 ailənin sosial yardımı dayandırılıb – yəni 56.4%-nin. Hökumətin qiymətləndirməsinə görə, bu, təxminən 54.7 milyon lari qənaətə səbəb olub.

Kobaxidzenin bəyanatına görə, yoxlama prosesi davam edəcək və ilin sonuna qədər daha təxminən 65 min ailənin məlumatlarının öyrənilməsi planlaşdırılır.

"İlin sonuna qədər təxminən 65 min ailənin məlumatlarının nəzərdən keçirilməsi planlaşdırılır. Mövcud tendensiyanı götürügsək, güman ki, ilin sonuna qənaət 75 milyon lari olacaq. Lakin bundan sonra da proseslər davam edəcək. İndi ailələr konkret meyarlar üzrə seçilib, növbəti yoxlama isə bütün ailələri əhatə etməlidir", – deyə o qeyd edib.