Qadın qonşusunu bıçaqlayaraq öldürdü
Avqustun 13-də Zugdiddə baş verən qətl hadisəsi ilə bağlı bir nəfər saxlanılıb.
Bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat verib.
İlkin məlumata əsasən, qadın mübahisə zəminində 1983-cü il təvəllüdlü qadına soyuq silahla çoxsaylı xəsarət yetirib. Zərərçəkən hadisə yerində dünyasını dəyişib.
Nazirliyin açıqlamasında bildirilib ki, cinayəti törətməkdə şübhəli bilinən 1991-ci il təvəllüdlü N.X. polis əməkdaşları tərəfindən hadisədən dərhal sonra “isti izlərlə” tutulub.
İstintaq müəyyən edib ki, saxlanılan şəxs öz mənzilində yaranmış mübahisə zamanı N.M.-yə (1983-cü il təvəllüdlü) çoxsaylı bıçaq zərbələri endirib. Hadisə zamanı istifadə edilən bıçaq maddi sübut kimi götürülüb.
Faktla bağlı Cinayət Məcəlləsinin 108-ci maddəsi (qəsdən adam öldürmə) üzrə istintaq aparılır. Bu maddə 15 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.
mənbə: interpress