Yanğın nəticəsində ev tamamilə yanıb – 17 yaşlı yeniyetmə xəsarət alıb

Jun 26, 2025 - 15:36
 0  27
Yanğın nəticəsində ev tamamilə yanıb – 17 yaşlı yeniyetmə xəsarət alıb

Bu gün səhər saatlarında Pankisi dərəsinin Birkiani kəndində yerləşən yaşayış evində yanğın baş verib.

Yanğın zamanı evdə olan 17 yaşlı oğlan üz nahiyəsindən yanıq xəsarətləri alıb.

Hadisə yerinə yanğınsöndürmə və xilasedici briqadalar cəlb edilsə də, birmərtəbəli ev tamamilə yanıb. İlkin versiyaya əsasən, yanğının yaranmasına səbəb nasaz elektrik naqilləri olub.

Faktla bağlı istintaq aparılır.

mənbə: interpress