Marneulidə zəncirvari qəza baş verdi

Feb 19, 2025 - 16:21
 0  102
Marneulidə zəncirvari qəza baş verdi
Marneulidə zəncirvari qəza baş verdi.mp3
00:00 00:00
playing

Marneulidə Rustaveli küçəsində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində 5 avtomobil toqquşub.

Qəzada Honda Fit, Jeep, Mercedes-Benz, Hyundai Elantra və Toyota Prius markalı avtomobillər iştirak edib.

Xəsarət alan olmasa da, nəqliyyat vasitələrinə ciddi ziyan dəyib. Hadisənin başvermə səbəblərini araşdırmaq üçün Dövlət Yol Polisi əməkdaşları əraziyə cəlb olunub.

Toqquşma nəticəsində yolda güclü tıxac yaranıb. Hazırda tıxacın aradan qaldırılması üçün polis işləyir.

mənbə: Interpress