Qurcaanidə dəhşətli qəza: Azyaşlı maşında yanaraq ölüb

Feb 22, 2026 - 12:55
 0  6
Qurcaanidə dəhşətli qəza: Azyaşlı maşında yanaraq ölüb

Qurcaani bələdiyyəsində üç nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Xeber.ge xeber  verir ki, həlak olanlardan biri azyaşlıdır.

Hadisə gecə saatlarında Melaani kəndində qeydə alınıb. Yerli sakidlərin verdiyi məlumata görə, içərisində beş nəfərin olduğu minik avtomobili toqquşmadan sonra aşıb və nəticədə yanğın başlayıb.

Məlumata əsasən, alova bürünmüş avtomobildən yalnız iki sərnişin vaxtında çıxa bilib.

Maşında qalan digər üç nəfəri, o cümlədən bir yeniyetməni xilas etmək mümkün olmayıb. Onlar hadisə yerindəcə həyatlarını itiribləər.

Faktla bağlı araşdırma aparılır, hadisənin dəqiq səbəbləri müəyyənləşdirilir.