Kaxetidə qadını və anasını ölümlə hədələyən şəxs tutulub

Feb 22, 2026 - 13:00
Feb 22, 2026 - 13:02
 0  6
Kaxetidə qadını və anasını ölümlə hədələyən şəxs tutulub

Gürcüstan Daxili İşlər Nazirliyinin Kaxeti Polisi Departamentinin Qurcaani Rayon İdarəsinin əməkdaşları təqib və hədə-qorxu ittihamı ilə 1964-cü il təvəllüdlü Q.Q.-nı saxlayıblar.

Xeber.ge xeber  verir ki, nazirliyin yaydığı bəyanatda hadisənin təfərrüatları açıqlanıb. İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs zərərçəkmiş qadını sistematik olaraq qanunsuz şəkildə izləyib və onunla arzuolunmaz kommunikasiya qurmağa çalışıb.

Bundan əlavə, araşdırma zamanı məlum olub ki, saxlanılan şəxs qadını və onun anasını ölümlə hədələyib. Hüquq-mühafizə orqanlarının həyata keçirdiyi kompleks operativ-axtarış tədbirləri nəticəsində Q.Q. şübhəli şəxs qismində yaxalanıb.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 151-ci prim (təqib/izləmə) və 151-ci (hədə-qorxu) maddələri ilə istintaq aparılır. Təqsirləndirilən şəxsi 2 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası gözləyir.