Tbilisidə xüsusi əməliyyat: Fransa vətəndaşı narkotik cinayəti ittihamı ilə saxlanılıb

Oct 1, 2026 - 11:44
Oct 1, 2026 - 12:01
 0  16
Tbilisidə xüsusi əməliyyat: Fransa vətəndaşı narkotik cinayəti ittihamı ilə saxlanılıb

Bir neçə saat əvvəl Tbilisidə, Ketevan Dedofali prospektində yerləşən kirayə mənzildə kriminal polis Fransa vətəndaşının evində axtarış aparıb.

XEBER.GE xeber  verir ki, şahidlərin sözlərinə görə, polis narkotik axtarırmış.

"TV Pirveli" hadisə yerində işləyərkən xarici ölkə vətəndaşının mənzildən necə çıxarıldığını kadrlara çəkib.

Ona qarşı narkotik cinayəti ittihamı irəli sürülüb. 30 yaşlı kişi müvəqqəti saxlatma təcridxanasına yerləşdirilib və ittihamın elan olunmasını gözləyir.

Yerli sakinlər "TVPirveli" kanalına bildiriblər ki, bu bina əvvəllər də dəfələrlə diqqət mərkəzində olub. İnsanların sözlərinə görə, narkotik alverçiləri girişlərdə, sayğaclarda və pilləkən məhəccərlərində ölümcül narkotiklər qoyub gedirlər.