Üç regionda 15 qanunsuz valyuta dəyişdirmə məntəqəsi ifşa olundu: 9 saxlanılan var

Oct 1, 2026 - 11:38
 0  14
Üç regionda 15 qanunsuz valyuta dəyişdirmə məntəqəsi ifşa olundu: 9 saxlanılan var

Acarıstan, Samegrelo və Şida Kartli bölgələrində qanunsuz olaraq fəaliyyət göstərən 15 valyuta dəyişdirmə məntəqəsi aşkar edilib.

XEBER.GE xeber  verir ki,  bu barədə məlumatı Maliyyə Nazirliyinin İstintaq Xidməti yayıb.

İstintaq Xidmətinin məlumatına görə, istintaqla müəyyən edilib ki, qeyd olunan məntəqələr fəaliyyətlərini Gürcüstan Milli Bankının müvafiq icazəsi olmadan, qanunvericiliklə müəyyən edilmiş tələbləri pozmaqla həyata keçirirdilər.

"Məhkəmənin qətnaməsi əsasında 15 ünvanda axtarış aparılıb, xüsusilə külli miqdarda gürcü və xarici valyuta, kompüter texnikası və müvafiq inventar götürülüb.

Götürülmüş valyutanın ümumi dəyəri 356 000 larini ötür.

Həyata keçirilmiş tədbirlər nəticəsində 16 şəxs barəsində cinayət təqibinə başlanılıb, onların 9-u saxlanılıb. Qeyd olunan cinayət əməllərində iştirak edən digər şəxslərin aşkar edilməsi məqsədilə intensiv şəkildə istintaq hərəkətləri aparılır.

İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 192-ci maddəsinin birinci və ikinci hissəsinin "b" bəndi ilə aparılır ki, bu da cəza qismində 3 ildən 5 ilədək müddətə azadlıqdan məhrumetməni nəzərdə tutur", – deyə məlumatda qeyd olunur.