Ağır yol qəzasında üç gənc həyatını itirdi

Jun 14, 2025 - 19:21
 0  34
Ağır yol qəzasında üç gənc həyatını itirdi
: :
playing

Qonioda mərkəzi avtomobil yolunda yol-nəqliyyat hadisəsi baş verib.

 Qəza nəticəsində 3 gənc həyatını itirib, 2 nəfər isə xəsarət alıb.

Yaralılar təcili tibbi yardım briqadası tərəfindən Batumi Tibb Mərkəzinə (BMC) çatdırılıb.

Yerli sakinlərin verdiyi məlumata görə, qəza iki minik avtomobilinin toqquşması ilə başlayıb, daha sonra onlardan biri yük avtomobilinə də çırpılıb.

Hadisə yerinə Daxili İşlər Nazirliyinin əməkdaşları cəlb olunub, araşdırma aparılır.

mənbə: interpress