Mayın ikinci yarısında Rusiyadan Abxaziyaya uçuşlar başlayacaq

"Ifly" aviaşirkəti Rusiya ilə Soxumi arasında aviareyslərin həyata keçirilməsinə may ayının ikinci yarısından başlayacaq – bu barədə şirkətin nümayəndəsi rus mediasına bildirib.
“Hazırlıq mərhələsinin tamamlanmasından sonra uçuşların dəqiq tarixi məlum olacaq. Düşünürəm ki, uçuşlara mayın ikinci yarısında başlanacaq,” – deyə "Ifly" nümayəndəsi bildirib.
Onun sözlərinə görə, hazırda müntəzəm reyslərin hazırlanması üzrə texniki mərhələ həyata keçirilir. Bu mərhələdə Airbus A330 təyyarələrinin qəbul və xidmət imkanları baxımından hava limanının texniki potensialı öyrənilir.
Xatırladaq ki, bir neçə gün əvvəl “Rosaviatsiya” “iFly” və “NordStar” aviaşirkətlərinə Suxumiyə uçmağa icazə verib.
mənbə: marneulifm