Dubaydakı göydələndə GÜCLÜ YANĞIN olub-VİDEO

Jun 14, 2025 - 17:02
 0  39

Xeber.ge xəbər verir ki,  BƏƏ-nin Dubay Marina rayonunda (Dubay şəhərinin rayonudur - red.) 67 mərtəbəli yaşayış evində yanğın baş verib.

"Təcili yardım briqadaları və tibb işçiləri təhlükəsiz şəkildə təxliyə edilmiş sakinlərə tam tibbi və psixoloji dəstək göstərmək üçün hadisə yerindədirlər", - deyə məlumatda bildirilir.

Yanğının söndürülməsi altı saat çəkib, lakin göydələnin üzərində tüstü qalxmağa davam edir.

764 mənzildən 3 820 sakinin hamısı təhlükəsiz yerə köçürülüb, xəsarət alan yoxdur.

mənbə: axar.az