Gürcüstanda polis əməkdaşı iş yerində ölü tapılıb

Feb 9, 2026 - 12:22
 0  49
Gürcüstanda polis əməkdaşı iş yerində ölü tapılıb

Gürcüstanın Axaltsixe şəhərində yerləşən tarixi Rabati qalasında Mühafizə Polisi Departamentinin əməkdaşının meyiti aşkar edilib. Daxili İşlər Nazirliyi (DİN) faktı təsdiqləyib.

Xeber.ge xəbər verir ki, cari ilin 9 fevral tarixində Rabati qalasındakı mühafizə polisi üçün nəzərdə tutulmuş iş otağında T.O. ölü vəziyyətdə tapılıb. İlkin məlumatlara görə, həmin şəxs xidməti vəzifəsini yerinə yetirərkən xidməti odlu silahdan atəş açaraq özünə xəsarət yetirib. Aldığı yara nəticəsində polis əməkdaşı hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 115-ci maddəsi (özünü öldürmə həddinə çatdırma) ilə istintaq başladılıb. Hadisənin dəqiq səbəbləri araşdırılır.