Rustavida fiziki zorakılıq və qəsdən qətlin cəhdi - 2 nəfər həbs olunub

Qəsdən qətlin cəhdi və zorakılıq faktı üzrə keçmişdə məhkum olunmuş 2 nəfər həbs olunub.
Xeber.ge xəbər verir ki,
Nazirliyin məlumatına görə, təqsirləndirilənlər Rustavida, boş torpaq sahəsində baş vermiş mübahisə zamanı bir nəfərə fiziki hücum edib və soyuq silahla yaralayıblar.
İstintaqla müəyyən olunub ki, təqsirləndirilənlər Rustavida, boş torpaq sahəsində baş vermiş mübahisə zamanı əvvəlcə 1976-cı ildə anadan olmuş T.K.-ya fiziki hücum ediblər, bu zaman onlardan biri olan Z.E. qarın və ayaq nahiyələrində soyuq silahla zədələr yetirib, sonra isə hadisə yerindən uzaqlaşıblar.
Hüquq-mühafizə orqanları Z.E. və N.N.-ni hadisədən dərhal sonra təqsirləndirilən kimi həbs ediblər. Yaralı müvafiq tibbi yardım göstərilməsi məqsədilə klinikaya aparılıb.
İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 19-108 və 126-cı maddələri üzrə aparılır.