Gürcüstanda İnterpol xətti ilə axtarışda olan xarici ölkə vətəndaşı saxlanıldı

Aug 9, 2025 - 18:12
 0  42
Gürcüstanda İnterpol xətti ilə axtarışda olan xarici ölkə vətəndaşı saxlanıldı

Gürcüstan Daxili İşlər Nazirliyinin Acarıstan Polis Departamentinin detektivlər idarəsinin əməkdaşları həyata keçirdikləri əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində İnterpolun “qırmızı bülleten” ilə axtardığı, əvvəllər məhkum olunmuş Türkiyə vətəndaşı – 1988-ci il təvəllüdlü İ.E.-ni saxlayıblar.

Nazirliyin məlumatına görə, İ.E. Türkiyə tərəfindən qəsdən adam öldürmə və odlu silahın qanunsuz əldə edilməsi, saxlanılması və daşınması ittihamları ilə axtarışda olub. Araşdırmalar nəticəsində müəyyən edilib ki, şübhəli şəxs barəsində beynəlxalq axtarış elan edilməzdən əvvəl Gürcüstan sərhədini keçib.

Hüquq-mühafizə orqanlarının intensiv istintaq tədbirləri nəticəsində onun gizləndiyi yer müəyyən olunaraq saxlanılıb. Hazırda İ.E. barəsində qanunvericiliyə uyğun olaraq ekstradisiyaqabağı prosedurlar davam etdirilir.

mənbə: interpress