"Gürcüstan Azərbaycan və Ermənistan üçün mühüm olan bu tarixi anı alqışlayır"
 
                                "Gürcüstan Bakı və İrəvan, eləcə də region və bütün dünya üçün mühüm olan bu tarixi anı alqışlayır".
Bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze Vaşinqtonda Azərbaycan və Ermənistan arasında imzalanan ilkin sülh sazişini şərh edərkən özünün "X" hesabında yazıb.
O, Azərbaycan Prezidenti İlham Əliyevi, ABŞ rəhbəri Donald Trampı və Ermənistanın hökumət başçısı Nikol Paşinyanı bu uğur və əlamətdar sülh sazişinin imzalanması, həmçinin regionda sabitlik və iqtisadi inkişafın yeni dövrünün başlanması münasibətilə təbrik edib.
"Gürcüstan həmişə regional sülh və əməkdaşlıq tərəfdarı olub və bu yanaşmanı qətiyyətlə dəstəkləməyə davam edəcək", - deyə baş nazir vurğulayıb.
mənbə: oxu.az
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
                                                                                                                                             
                                                                                                                                             
                                                                                                                                             
                                             
                                             
                                             
                                             
                                            