Üzərində böyük miqdarda narkotik aşkarlanan əcnəbi vətəndaş saxlanıldı

Tbilisi Polis Departamentinin Vake–Saburtalo Baş İdarəsinin əməkdaşları keçirdikləri əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində Türkiyə Respublikasının vətəndaşı, 1993-cü il təvəllüdlü V.E.-ni saxlayıblar.
Bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.
Nazirliyin açıqlamasına əsasən, saxlanılan şəxsin üzərində aparılan şəxsi axtarış zamanı Mtatsminda parkı yaxınlığında ondan xüsusilə böyük miqdarda — 200 qramadək narkotik maddə “mefedron” aşkar edilərək maddi sübut kimi götürülüb.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 260-cı maddəsinin 3-cü hissəsinin “a” bəndi ilə istintaq aparılır. Bu maddə 20 ilədək azadlıqdan məhrumetməni nəzərdə tutur.
mənbə: interpress