İnterpol tərəfindən axtarışda olan şəxs Marneulidə saxlanıldı

Aug 10, 2025 - 14:35
 0  16
İnterpol tərəfindən axtarışda olan şəxs Marneulidə saxlanıldı

Kvemo Kartli Polis Departamentinin Marneuli Rayon Şöbəsinin əməkdaşları keçirdikləri əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində İnterpolun qırmızı bülleteni ilə axtarışda olan Azərbaycan vətəndaşı, 1986-cı il təvəllüdlü R.A.-nı saxlayıblar.

Bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb. 

Nazirliyin açıqlamasına əsasən, R.A. 2013-cü ildən etibarən Azərbaycan Respublikası tərəfindən mütəşəkkil dəstənin üzvü olmaq və sağlamlığa qəsdən xəsarət yetirmək ittihamı ilə beynəlxalq axtarışa verilmişdi.

Saxlanılan şəxs Marneulidə aparılan istintaq tədbirləri nəticəsində tutulub. Hazırda onun barəsində qanunvericiliyə uyğun olaraq ekstradisiyaöncəsi prosedurlar həyata keçirilir.

mənbə: interpress