Gürcüstanda həftəsonu hava kəskin dəyişəcək: Yağış, qar və külək
Xeber.ge xəbər verir ki,
Paytaxt Tbilisi və regionlar üzrə proqnoz:
- Tbilisi: Martın 7-də hava əsasən yağıntısız keçəcək, lakin martın 8-9-da qısamüddətli yağış və külək gözlənilir. Temperatur gündüz saatlarında +9°C ilə +11°C arasında olacaq.
- Sahil rayonları (Batumi, Kobuleti, Anaklia, Poti): Vaxtaşırı yağış yağacağı ehtimal olunur. Gündüz temperatur +9°C ilə +11°C təşkil edəcək.
- Qərbi Gürcüstanın aran rayonları (Zestafoni, Kutaisi, Zuqdidi, Ozurgeti): Vaxtaşırı yağış gözlənilir, temperatur +8°C ilə +10°C olacaq.
- Qərbi Gürcüstanın dağlıq rayonları (Ambrolauri, Oni, Çiatura, Rikoti aşırımı): Yağıntı gözlənilir, gündüz temperatur +6°C ilə +8°C dərəcəyə çatacaq.
- Qərbi Gürcüstanın yüksək dağlıq əraziləri (Mestia, Baxmaro): Araba-sıra qar yağacağı gözlənilir. Temperatur gündüz -1°C ilə +1°C arasında dəyişəcək.
- Kartli bölgəsi (Rustavi, Bolnisi, Qori, Sxinvali): Bəzi yerlərdə yağıntı gözlənilir, temperatur gündüz +8°C ilə +10°C olacaq.
- Kaxeti bölgəsi (Telavi, Saqareco, Siqnaxi, Laqodexi): Bəzi yerlərdə yağıntı ehtimalı var, temperatur +9°C ilə +11°C təşkil edəcək.
- Şərqi Gürcüstanın dağlıq rayonları (Axaltsixe, Borjomi, Duşeti): Bəzi ərazilərdə qar yağacağı gözlənilir. Temperatur gündüz +4°C ilə +6°C olacaq.
- Şərqi Gürcüstanın yüksək dağlıq əraziləri (Bakuriani, Qudauri, Axalkalaki): Qar yağacağı ehtimal olunur. Temperatur gündüz -2°C ilə -4°C şaxta təşkil edəcək.