Gürcüstan klubunun 16 yaşlı müdafiəçisi "Barselona" və "Real"ın maraq dairəsindədir
Gürcüstanın "Dinamo" (Tbilisi) klubunun 16 yaşlı müdafiəçisi Saba Xarebaşvili İspaniya təmsilçiləri "Barselona" və "Real"ın maraq dairəsindədir.
Xeber.ge xəbər verir ki, 15 yaşında "Dinamo"nun əsas komandasına qoşulan futbolçu inamlı oyunu və yaxşı fiziki hazırlığı ilə diqqət çəkib, həmçinin yaşla bağlı bir neçə rekord qırıb.
Qeyd edək ki, Saba Xarebaşvili bu mövsüm klub səviyyəsində bütün turnirlərdə 27 matç keçirib, iki məhsuldar ötürmə edib. "Transfermarkt" portalı onu 300 min avro dəyərində qiymətləndirir.
mənbə: report