Zugdididə məktəb müəllimi 5 şagirdinə qarşı əxlaqsız hərəkətə görə həbs edildi

Mar 6, 2026 - 14:05
 0  7
Zugdididə məktəb müəllimi 5 şagirdinə qarşı əxlaqsız hərəkətə görə həbs edildi

Zugdidi Rayon Məhkəməsi 14 və 16 yaşına çatmayan şəxslərə qarşı zor tətbiq etmədən əxlaqsız hərəkətlər törətməkdə ittiham olunan şəxs barəsində qərar verib. məhkəmə prokurorluğun təqdim etdiyi sübutları tam əsaslı hesab edərək təqsirləndirilən şəxsi günahkar bilib.

Xeber.ge xəbər verir ki, Məhkəmə prosesində təqdim olunan sübutlarla təsdiq edilib ki, Zugdidi bələdiyyəsindəki dövlət məktəblərindən birində bədən tərbiyəsi müəllimi işləyən şəxs 2024-2025-ci illər ərzində beş şagirdinə qarşı cinayət törədib. O, öz müəllim nüfuzundan və şagirdlərin ona olan etibarından sui-istifadə edərək, zor tətbiq etmədən əxlaqsız hərəkətlərə yol verib.

Hüquq-mühafizə orqanları tərəfindən 2025-ci il iyunun 12-də saxlanılan şəxsə qarşı Gürcüstan Cinayət Məcəlləsinin 141-ci maddəsinin 2-ci hissəsi (etibardan və nüfuzdan istifadə etməklə 14 və 16 yaşına çatmayanlara qarşı əxlaqsız hərəkətlər) üzrə ümumilikdə 8 epizod üzrə ittiham irəli sürülüb.

Gürcüstan Baş Prokurorluğunun yaydığı məlumata görə, məhkəmənin hökmü ilə keçmiş müəllim 11 il müddətinə azadlıqdan məhrum edilib.