Gürcüstanda yeni "Media Qanunu" hazırlanır
![Gürcüstanda yeni "Media Qanunu" hazırlanır](https://vestinn.ru/upload/iblock/b37/shkola-zhurnalistiki.jpg)
"İqtidar partiyası sabahdan etibarən yeni "Media Qanunu" üzərində işləməyə başlayacaq. Qanun Britaniya modeli və qanunvericiliyinə uyğun olaraq qəbul ediləcək".
Bu barədə "Gürcü Arzusu"nun fraksiya sədri Mamuka Mdinaradze qeyd edib.
Mdinaradzenin sözlərinə görə, bu qanun media obyektivliyi və jurnalist etikası standartlarını müəyyən edəcək. Bundan əlavə, bu standartların monitorinqi və qorunması üçün institusional mexanizmlər formalaşdırılacaq.
Yeni qanuna əsasən, xarici mənbələrdən mediaya maliyyə yardımı məhdudlaşdırılacaq. Lakin bu məhdudiyyət kommersiya reklamlarından və digər qanuni gəlirlərdən əldə edilən vəsaitlərə şamil edilməyəcək.
mənbə: interpress