Narkotiklə bağlı qanun sərtləşdirilir

Feb 5, 2025 - 19:24
 0  130
Narkotiklə bağlı qanun sərtləşdirilir

"Qarşıdakı iki ay ərzində Gürcüstanda antinarkotik siyasət və qanunvericilik sərtləşdiriləcək. Yeni dəyişikliklərə əsasən, narkotik vasitələrin istənilən növünün satışı ilə məşğul olan şəxslərə qarşı dövlət ən sərt tədbirləri görəcək".

Bu barədə "Gürcü Arzusu"nun üzvü Mamuka Mdinaradze qeyd edib.

Mdinaradzenin sözlərinə görə, narkotik istifadəçilərinə hüquqları qorunmaq şərtilə, bu vərdişdən imtina etməyə təşviq olunacaqlar. Bununla yanaşı, heroin və marixuana kimi maddələrin istifadəsinə eyni yanaşmanın olmayacağı vurğulanıb.

O əlavə edib ki, həmçinin azyaşlıların ədalət mühakiməsi sistemi də sərtləşdiriləcək və onların hüquqlarının qorunması çərçivəsində yeni qaydalar tətbiq ediləcək.

mənbə: interpress