Gürcüstanda hava kəskin dəyişəcək: Yağış və külək gözlənilir
Gürcüstanın Milli Ətraf Mühit Agentliyi yaxın üç gün üçün ölkə ərazisində gözlənilən hava şəraiti barədə məlumat yayıb.
Məlumata görə, aprelin 18-də nisbətən isti və əsasən yağmursuz hava müşahidə olunsa da, aprelin 19-20-də hava şəraiti yenidən pisləşəcək, yağıntı və külək artacaq.
Xeber.ge xeber verir ki,
- Tbilisi: Aprelin 18-də yağmursuz hava gözlənilir. Lakin aprelin 19-20-də paytaxtda yağış yağacağı və küləyin güclənəcəyi ehtimal olunur. Gündüz saatlarında havanın temperaturu +15, +17 dərəcə təşkil edəcək.
- Sahil rayonları (Batumi, Kobuleti, Poti): Aprelin 18-də temperatur +20, +22 dərəcəyə yüksəlsə də, növbəti iki gündə yağıntı və külək gözlənilir. Temperatur +12, +14 dərəcəyədək enəcək.
- Qərbi Gürcüstanın aran rayonları (Kutaisi, Zestafoni, Zuqdidi): Aprelin 18-də termometrlər +25 dərəcəyədək yüksələcək, lakin aprelin 19-20-də yağışlı hava ilə bərabər kəskin soyuma (+12, +14 dərəcə) baş verəcək.
- Şərqi Gürcüstan (Kartli və Kaxeti): Rustavi, Bolnisi, Telavi və digər bölgələrdə aprelin 18-i yağmursuz keçəcək. Aprelin 19-dan etibarən isə yağış və külək proqnozlaşdırılır. Temperatur gündüz saatlarında +16, +18 dərəcə olacaq.
- Dağlıq və yüksək dağlıq ərazilər: Bakuriani, Qudauri və Mestiya kimi bölgələrdə aprelin 18-də hava nisbətən mülayim olsa da, bazar günü və bazar ertəsi yağıntı və külək gözlənilir. Yüksək dağlıq ərazilərdə temperatur gündüz saatlarında cəmi +7, +9 dərəcə təşkil edəcək.
Sinoptiklər vətəndaşlara aprelin 19-dan etibarən hava şəraitinin dəyişməsi ilə bağlı ehtiyatlı olmağı tövsiyə edirlər.