Batumidə mənzil almaq adı ilə vətəndaşı aldadan şəxs saxlanılıb

Sep 11, 2026 - 12:04
Sep 11, 2026 - 12:05
 0  13
Batumidə mənzil almaq adı ilə vətəndaşı aldadan şəxs saxlanılıb

Daxili İşlər Nazirliyinin məlumatına görə, Batumidə külli miqdarda pulu dələduzluq yolu ilə ələ keçirmək ittihamı ilə bir nəfər saxlanılıb.

XEBER.GE xeber  verir ki, istintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs külli miqdarda pul vəsaitini qanunsuz olaraq mənimsəmək məqsədilə xaricdə yaşayan Gürcüstan vətəndaşına Batumidə mənzil almaqda kömək edəcəyini vəd edib, bunun müqabilində isə ona mərhələli şəkildə müxtəlif məbləğlərdə pul köçürtבdirib.

Təqsirləndirilən şəxs verdiyi vədi yerinə yetirməyib və aldatma yolu ilə zərərçəkmişə məxsus külli miqdarda – ümumilikdə 16 300 lari məbləğində pulu qanunsuz olaraq ələ keçirib", – deyə DİN-in açıqlamasında bildirilir.

Faktla bağlı istintaq Cinayət Məcəlləsinin 9 ilə qədər azadlıqdan məhrumetməni nəzərdə tutan 180-ci maddəsinin 3-cü hissəsi ilə aparılır.