Rüşvətxorluq və saxta resept yazılması faktlarına görə 3 nəfər saxlanılıb

Sep 11, 2026 - 11:25
 0  7
Rüşvətxorluq və saxta resept yazılması faktlarına görə 3 nəfər saxlanılıb

Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidmətinin əməkdaşları həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində üç müxtəlif cinayət işi üzrə üç nəfəri saxlayıblar.

XEBER.GE xeber  verir ki, qürumun məlumatına görə, birinci cinayət işinin istintaqı ilə müəyyən edilib ki, Telavi şəhər meriyasının bələdiyyə xidmət mərkəzinin əməkdaşı qulluq mövqeyindən istifadə edərək, bələdiyyənin balansında olan xüsusi texnika ilə torpaq sahəsində işlərin yerinə yetirilməsi müqabilində vətəndaşdan qanunsuz olaraq 500 lari tələb edib və alıb. İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 2-dən 4 ilə qədər azadlıqdan məhrumetməni nəzərdə tutan 221-ci maddəsinin 3-cü hissəsi ilə aparılır.

İkinci cinayət işi üzrə Mtsxeta-Mtianeti bölgəsində qrup halında törədilmiş kommersiya rüşvətxorluğu faktı üzrə hakim qətnaməsi əsasında "Qida Təşkilatı Agentliyi"nin zooveterinarı saxlanılıb. İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs müştəriyə pul məbləği müqabilində laboratoriya müayinəsi protokolları təqdim edib. Qeyd olunan iş üzrə istintaq Gürcüstan Cinayət Məcəlləsinin 221-ci maddəsinin 4-cü hissəsinin "a" bəndi ilə aparılır.

Üçüncü cinayət işi çərçivəsində müəyyən edilib ki, Kaxeti bölgəsində tibb müəssisəsində çalışan həkim qulluq mövqeyindən istifadə edərək vətəndaşa psixotrop maddə əldə etmək üçün qanunsuz olaraq saxta resept hazırlayıb və verib. Təqsirləndirilən şəxs istintaq çərçivəsində saxlanılıb. İş üzrə istintaq Gürcüstan Cinayət Məcəlləsinin 3-dən 6 ilə qədər azadlıqdan məhrumetməni nəzərdə tutan 268-ci maddəsinin 2-ci hissəsi ilə aparılır.