Vətəndaşlara məxsus külli miqdarda pulu dələduzluq yolu ilə alan 5 nəfər saxlanılıb

Nov 21, 2024 - 12:29
 0  13
Vətəndaşlara məxsus külli miqdarda pulu dələduzluq yolu ilə alan 5 nəfər saxlanılıb

Mütəşəkkil dəstənin vətəndaşlara məxsus külli miqdarda pulu dələduzluq yolu ilə əldə etməsi faktı üzrə 5 nəfər saxlanılıb.

Bu barədə Gürcüstan Maliyyə Nazirliyinin istintaq xidməti məlumat yayıb.

“İstintaq müəyyən edib ki, təqsirləndirilən şəxslər dələduzluq yolu ilə pul vəsaitlərini əldə etmək məqsədilə cinayət planı hazırlayıblar və bu plana əsasən, Gürcüstanda və xaricdə olan vətəndaşlarların etibarını qazanaraq, onlara guya İtaliyada qeydiyyatda olan kommersiya banklarından birinin işçiləri kimi təqdim ediblər və müvafiq məbləğdə pul köçürdükləri halda yüksək faiz müavinətləri alacaqlarını əmin ediblər.

İstintaqın hazırkı mərhələsində müəyyən edilib ki, bu yolla mütəşəkkil dəstə üzvləri 40-dan çox vətəndaşa məxsus 620 584 lari məbləğində pulu dələduzluq yolu ilə ələ keçiriblər.

İstintaq Gürcüstan Cinayət Məcəlləsinin cəza olaraq 7 ildən 10 ilədək azadlıqdan məhrumetməni nəzərdə tutan 180-ci maddəsinin 3-cü və 4-cü hissələrinə əsasən aparılır. Qeyd olunan cinayəti törətmiş digər şəxslərin müəyyən edilərək ifşa olunması istiqamətində müvafiq tədbirlər həyata keçirilir”, - deyə qurumun açıqlamasında bildirilir.

mənbə: interpress