Qardabani-Rustavi yolunda qəza: İki nəfər ağır yaralanıb
Qardabani-Rustavi avtomobil yolunda, Botaniki kəndi yaxınlığındakı ərazidə yol-nəqliyyat hadisəsi baş verib.
XEBER.GE xeber verir ki, mövcud məlumata görə, minik avtomobilləri toqquşub. Toqquşma nəticəsində "Opel" markalı avtomobil yolun kənarında yerləşən elektrik dirəyinə çırpılıb, digər avtomobil isə yoldan çıxaraq aşıb.
Qəza nəticəsində hər iki sürücü ağır xəsarət alıb. Onlara təcili tibbi yardım göstərilib və xəstəxanaya çatdırılıblar.