Gürcüstandan Ukraynaya tələb

Sep 18, 2025 - 12:05
 0  9
Gürcüstandan Ukraynaya tələb

Gürcüstan silahlı münaqişənin bitməsindən sonra Ukraynadan qeyri-dost hərəkətlərinə görə cavab tələb edəcək.

Bunu Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili deyib.

Sentyabrın 16-da baş nazir İrakli Kobaxidze bəyan edib ki, Gürcüstan Ukrayna hakimiyyəti ilə birtərəfli dostluq münasibətindədir.

Ukraynadan Gürcüstanda ələ keçirilən partlayıcı maddələrlə bağlı aparılan araşdırmaları şərh edən hökumət başçısı qeyd edib ki, onların ölkəyə gətirilməsi Ukrayna xüsusi xidmət orqanlarının göstərişi əsasında həyata keçirilib.

mənbə: oxu24