Gürcüstanda məktəb və şagirdlərin sayı açıqlandı

Dec 18, 2024 - 11:30
 0  15
Gürcüstanda məktəb və şagirdlərin sayı açıqlandı

Dərs ilinin əvvəlindən ölkə məktəblərində 66 mindən çox müəllim çalışıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,7 faiz çoxdur.

Xeber.ge xəbər verir ki, “Sakstat” Milli Statistika Xidmətinin hesabatına görə, 2024-2025-ci tədris ilinin əvvəlində Gürcüstanda ümumtəhsil məktəblərinin sayı 2294 olub ki, bu da ötən illə müqayisədə iki məktəb azdır.
Statistikaya görə, Gürcüstanda 2086 dövlət məktəbi, cəmi 208 özəl məktəb var.
Regionlar üzrə ən çox məktəblər İmeretidə yerləşir (ümumi sayın 17,1%-i).
Bununla belə, məktəblilərin sayına görə Tbilisi liderdir (35,8%).

2024-2025-ci tədris ilində Gürcüstan məktəblərində 640,7 minə yaxın şagird təhsil alır ki, bu da ötən ilki göstəricidən 1% çoxdur.

Şagirdlərin ümumi sayının 48,3 faizini qızlar, 51,7 faizini isə oğlanlar təşkil edir.