Batumidə İnterpol tərəfindən axtarılan Polşa vətəndaşı saxlanılıb
Gürcüstan Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polis Departamentinin Acarıstan Baş İdarəsinin əməkdaşları İnterpolun "qırmızı bülleten"i ilə beynəlxalq axtarışda olan Polşa vətəndaşını saxlayıb.
Xeber.ge xəbər verir ki, əməliyyat Batumi şəhərində keçirilib.
Saxlanılan şəxs Polşa Respublikasının hüquq-mühafizə orqanlarının sorğusu əsasında, dələduzluq törətdiyi üçün beynəlxalq axtarışa verilib.
Gürcüstan polisinin keçirdiyi əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində axtarışda olan şəxs Batumidə ələ keçirilib.
Hazırda saxlanılan şəxsin Polşaya təhvil verilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş müvafiq ekstradisiya prosedurları davam etdirilir.