"Kriminal aləm"lə əlaqədə ittiham olunan 12 nəfər barəsində həbs qətimkan tədbiri seçilib

May 15, 2026 - 13:29
 0  6
"Kriminal aləm"lə əlaqədə ittiham olunan 12 nəfər barəsində həbs qətimkan tədbiri seçilib
: :
playing

Gürcüstanda "oğru dünyası" (kriminal aləm) ilə əlaqədə ittiham olunaraq saxlanılan 12 nəfər barəsində məhkəmənin qərarı açıqlanıb.

Xeber.ge xəbər verir ki, məhkəmə təqsirləndirilən şəxslərin hər biri haqqında həbs qətimkan tədbiri tətbiq edib.

Saxlanılan şəxslərin heç biri irəli sürülən ittihamları qəbul etmir və özlərini təqsirli bilmirlər.

Vəkillər məhkəmədə bildiriblər ki, dövlət ittihamçısının əlində müvəkkillərinin cinayətini sübut edəcək kifayət qədər dəlil yoxdur.

Müdafiə tərəfi həbs qərarının əsassız olduğunu iddia edir.

Buna baxmayaraq, məhkəmə istintaqın təqdim etdiyi materialları yetərli hesab edərək, təqsirləndirilən şəxslərin istintaq dövrünü həbsdə keçirmələrinə qərar verib.

Xatırladaq ki, sözügedən şəxslər Gürcüstan Daxili İşlər Nazirliyinin keçirdiyi genişmiqyaslı əməliyyat nəticəsində "qanuni oğru"larla əlaqə, kriminal hesablaşmalarda iştirak və vətəndaşlara qarşı hədə-qorxu tətbiq etmə ittihamları ilə saxlanılıblar.